Kazaryan: Araik bu tarixdə Bakıya aparılacaqdı, lakin...

  • 18.02.2021
  • 412 baxış
  • 0

Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı, aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan İrəvanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı. Onlar isə (ruslar) istənilən halda Dağlıq Qarabağda olmalı idilər, çünki bu Rusiya Federasiyasının çoxdankı istəyi idi. Bu, o halda baş verə bilərdi ki, əgər müharibə noyabrın 9-da dayandırılsın və məhz həmin gün Rusiya onu dayandırdı. Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil. Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”, - Kazaryan bildirib.

Nə düşünürsən?