Kameralara yaxalanmış 5 sirli nəhənəg canlı varlıq

  • 29.11.2020
  • 0

Milyon illər əvvəl Yer kürəsində nəhəng və qorxunc canlılar, daha dəqiq desək, dinozavrlar yaşayırdı. Bu varlıqların şəklini görəndə adam şükür edir ki, nə yaxşı, 21-ci əsrdə yaşayırıq və onlarla üz-üzə gəlməyəcəyik. Amma, bu ehtimal dəqiq deyil. Çünki, tez-tez internetdə nəhəng varlıqların videoları peyda olur. Bu heyvanlar dinozavr olmasa da, kifayət qədər insanı qorxutmağa və heyran etməyə bəs edir. Növbəti videomuzda kameraya çəkilmiş 5 sirli, nəhəng varlıq haqda danışacağam. 1. Bu videonu İndoneziyada dincələn turistlər çəkib. Əgər videoya diqqətlə baxsanız, görərsiniz ki, çox nəhəng bir varlıq çayı keçir. Göründüyü kimi, onun nəhəngliyi videonu çəkənləri əməlli-başlı qorxudub. Nəhəng varlıq şəlalənin altından keçir və yaşıllıqda gözdən itir. Əlavə olaraq, burada yerli əhali tez-tez şikayət edir ki, onların ev heyvanları yoxa çıxır, bəzən də qəribə bir nərə eşidilir. Sonradan məlum oldu ki, bu cür nəhəng varlıq Şimali Amerikada da yaşayır. 2. Temza çayında video çəkən adam qəfildən görür ki, çayda nəhəng bir varlıq peyda olur. Sonra isə yoxa çıxır. Video haqda internetdə rəylər müxtəlifdir. Bəziləri deyir ki, bu, iri kötükdür. Bəziləri də nəhəngin Loch Ness gölü əjdahası olduğundan əmindir. Bəs siz nə düşünürsünüz? 3. Çikaqo-küləklər, dumanlar və göydələnlər şəhəri...Bu video şəhərdə tornado baş verən anda çəkilib. Videoda başdan-ayağa çox qəribə ulartı eşidilir. Sonradan bu səsi vətəndaşları xəbərdar edən həyəcan siqnalının səsi kimi izah edənlər də tapıldı. Amma videonu çəkən insan iddia edir ki, o, ən qədim və ən qorxunc varlıq olan Cthulhu`nu çəkib. Videoda bir anlıq sanki onun qolları görünür və sonra itir. Ardından göydələn yerlə bir olur. 4. Bu video 2017-ci ilin mayında çəkilib. İndoneziyanın çimərliklərinin birində 15 metrlik sirli varlığın cəsədini dəniz vurub sahilə çıxarıb. Diqqət edin, yenə İndoneziya. Yerli əhali bunu görəndə şok olub. Heç kim bilmirdi ki, bu, hansı canlıdır. Hətta, ekspertlər belə onun hansı canlı olduğunu müəyyənləşdirə bilmədilər. Videonu çəkən əvvəl elə bilib ki, bu, qəzaya uğrayan qayıqdır. Sonradan isə başa düşüb ki, hansısa nəhəng varlığın cəsədidir. Bu varlığın ölçüləri, həqiqətən, heyrətamizdir. 15 m uzunluq, 15 ton ağırlıq. Zamanla çürüyən cəsəd sahil sularını qan rənginə boyayıb. Bəzi ekspertlərin fikrincə, bu, balina növlərindən birinə aiddir. Amma dəqiq hansı növdür, onu çürümə səbəbi ilə müəyyən etmək mümkün olmayıb. 5. Zambiyadakı şəhərlərdən birində, Kitve-Nkana`da çəkilən bu videoya baxın. Sanki, səmada insana oxşayan nəhəng varlıq var. Bu görüntünü görəndə bir çoxları qorxudan qaçıb. Bəziləri isə dizüstə çökərək Tanrıya dua etməyə başlayıb. Onların fikrincə, bu, Tanrının onlara qəzəblənməsi ilə bağlı xəbərdarlıqdır. Görüntüdəki varlıq 100 m-dən uzun idi. O, bir saatdan artıq ticarət mərkəzinin üstündə asılı vəziyyətdə durur. Hələ də heç kim bilmir ki, bu xüsusi effekt idi, buludların düzülüşü idi, yoxsa nə idi?

Nə düşünürsən?