İsrail səfirinin azərbaycanca təbriki və hədiyyəsi...

  • 28.05.2021
  • 0

Ad günün mübarək Odlar Yurdu Azərbaycan.

Axar.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkədən Azərbaycan xalqına azərbaycanca ünvanladığı təbrikində deyib.

"Bu gün sənin 103 yaşın tamam olur. Sənə azadlıq, müasirlik və birlik arzu edirəm. Arzu edirəm ki, dünyanın ən dadlı kabab, dolma, qutab, çay və mürəbbə ölkəsi olaraq qalasan".

Səfir bayram günündə simvolik hədiyyəsini – kaktusu təqdim edib və bunun səbəbini də izah edib.

Qeyd edək ki, səfirin təbrikində “dolma…” ifadəsi milli mətbəximizə göz dikən düşmənlərə də mesaj sayıla bilər.

Nə düşünürsən?