İşıqpulunun artırılması iddiasına rəsmi cavab!

  • 18.02.2021
  • 0

Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı iddialar yayılıb.
Gent.az xəbər verir ki, qiymətin artırılması ilə bağlı “Azərişıq” Tarif Şurasına müraciət edib.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumatı təkzib edib. O, yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.(qafqazinfo.az)

Nə düşünürsən?