İlham Əliyevin fikirləri dünya mediasında

  • 02.03.2021
  • 85 baxış
  • 0

Bir sıra xarici KİV mətbuat konfransı barədə xüsusi reportaj hazırlayıb
Ukraynanın nüfuzlu “İnter” telekanalı Prezident Iİlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb.

Reportajda Prezidentin Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları barədə sitatları yer alıb. Prezident İlham Əliyevin sitatlarına istinadla qeyd edilir ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı barədə detallar məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. 

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini - tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv olunduğu da nümayiş etdirib. Bildirib ki, həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nə qalmayıb.

İtaliyanın bir sıra mətbu orqanları da Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə dair məlumatlar dərc edib. Məlumatlarda çoxsaylı yerli və xarici media nümayəndələrinin iştirak etdikləri mətbuat konfransının 4 saatdan artıq davam etdiyi və Prezident İlham Əliyevin 50-yə yaxın sualı cavablandırdığı vurğulanıb.

Nə düşünürsən?