Hərbi Qənimətlər Parkı sabahdan açılır

  • 13.04.2021
  • 0

Azərbaycan ordusunun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması, Azərbaycan ərazisinə atılmış İsgəndər-M raketinin qalıqları barədə faktları özündə birləşdirən Hərbi qənimətlər Parkı.

Bu məkan Azərbaycanın Qarabağ Müharibəsindəki qalibiyyətini özündə təcəssüm etdirir.

5 hektar ərazini əhatə edən yer Bakının Xətai rayonunda yerləşir. Park sabahdan etibarən vətəndaşların ziyarətinə açıq elan olunacaq. Beləliklə vətəndaşlar 44 günlük Vətən Müharibəsinin nəticələrini daha yaxından görə bilərlər.

Ziyarətçilər parkı gəzərkən Azərbaycan ordusunun gücü, qüdrəti yəni ümumilikdə misilsiz qəhrəmanlığı sayəsində düşmən tərəfindən əldə etdiyi özüyeriyən artilleriya qurğularını, müxtəlif çaplı topları, minaatanları, zenit qurğularını, təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemini, sığınacaqları, hərbi kazarmalarını seyr edə biləcəklər.

Qeyd edək ki, ziyarət pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcək.

Nə düşünürsən?