Hər kəsin narahat olduğu əsgərlə bağlı şad xəbər

  • 25.11.2020
  • 0

Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb. Oxu24.com xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O bildirib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar. Elçin yaxın günlərdə əməliyyat olunacaq. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb. Həmçinin əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.

Nə düşünürsən?