Hava ilə bağlı xəbərdarlıq

  • 06.03.2021
  • 0

Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Martın 7-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.