Gömrük Komitəsi hesabat təqdim etdi

  • 04.03.2021
  • 86 baxış
  • 0

Komitədən büdcə daxilolmaları 9.1-dən 19 faizədək artıb
Ötən il Azərbaycanın ticarət dövriyyəsi 24 milyard 471 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı zamanı bildirdi ki, əvvəlki illərlə müqayisədə idxal əməliyyatlarımız 3 milyard ixrac əməliyyatlarımız isə 5.8 milyard dollar azalıb.

Komitə sədri həm də bildirdi ki,ötən il Dövlət Gömrük Komitəsindən büdcə daxil olmaları 9.1 faizdən 19 faizədək artıb.

Səfər Mehdiyev həmçinin komitədə yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi.

Bildirdi ki,"Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır".

Komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunudur.

Nə düşünürsən?