Generalın qızının meyiti tapıldı

  • 11.04.2021
  • 0

Ermənistanın paytaxtı Yerevanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızının meyiti aşkarlanıb.

Bu barədə Oxu24.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polis bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin təhqiqatçılar qrupu cəlb edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd edilir ki, tapança onun atasına məxsus olub və hədiyyə imiş. Qadının ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra müəyyənləşdiriləcək.(Report)

Nə düşünürsən?