Gəncə Uşaq Evində böyüyən şəhid Əmrah Rajapovu tanıyaq

  • 26.04.2021
  • 0

Əmrah  Rajapov 11 dekabr 2000-ci ildə Gəncə şəhərində doğulub.12 yaşından Gəncə Şəhər Uşaq Evində yaşayıb. Gəncə şəhərində 34 nömrəli tam orta məktəbdə təhsil alıb. Böyüdüyü Uşaq Evinin müəllim və sakinləri Əmrahın bacarıqlarından, onun mehribanlığından danışırlar. Əmrah  şeir yazır, rep oxuyur, rəsm çəkir, maraqlı əl işləri hazırlayırdı. İndi də ona ev olan məkanda həmin əl işləri qorunub saxlanılır.

BiG.AZ xəbər verir ki, böyüdüyü Uşaq Evinin direktoru Nazilə İsmayılova deyir ki, Əmrahı hansı işə yönəldirdilərsə, bacarıqlı olurdu. O, bərbərlik kurslarını da uğurla bitirmişdi.

Nə düşünürsən?