Evini icazəsiz tərk edən COVİD-19 xəstəsi saxlanılıb

  • 14.04.2021
  • 0

Kürdəmirdə evini  icazəsiz tərk edən COVİD-19 xəstəsi saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində  rayon Qağacılı kənd sakini, 1991-ci il təvəllüdlü Ümid Polad oğlu Səmədov COVİD-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.             

Qeyd edək ki, bir neçə gün öncə Səmədov Ümid Polad oğlu COVİD-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Bu səbəbdəndə  ona 14 gün evdə qalaraq müalicə olmasını və evdən çölə çıxmaması tövsiyə edilib.  Ümid Səmədov  icazəsiz olaraq  yaşadığı yeri tərk edərək virusun digər insanlara yayılma təhlükəsi yaradıb. Rayon polis şöbəsinin əməkdaşları dərhal Ümid Səmədovun  yerini təsbit edərək saxlayıb və onunla profilaktik söhbətlər apardıqdan sonra onu yaşadığı evə geri qaytarıblar.    

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.         

Nə düşünürsən?