Əsgərlərimiz Topxana meşəsində ağac əkdi

  • 20.02.2021
  • 281 baxış
  • 0

Uzun illərdən sonra ilk dəfə təbiətə nəfəs veriblər
Ötən ilin statistikasına görə, işğal dövrü ərzində Ermənistanın Azərbaycan təbiətinə vurduğu ziyanın miqdarı 244,4 milyard ABŞ dollar həcmindədir. Azərbaycanın flora və faunasına ziyan vuran ermənilərin vəhşiliyi sərhəd tanımır. Çünki 2020-ci ilin 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq Laçını, Kəlbəcəri tərk edən ermənilər gedərkən qisas məqsədilə ağacları kökündən çıxarır, meşələri yandırırdılar.

Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən yaradılan Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında apardıqları monitorinqlərin nəticəsinə görə, həmin ərazilərdə yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyini müəyyənləşdiriblər. Ağacların yerində bitən 2 metrə qədər pöhrələr isə qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir.

Ümumi sahəsi 43 min hektar olan 2 dövlət təbiət qoruğu, 152 ədəd qədim ağaclar, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri ermənilər tərəfindən talan edilib.

Zəngilanın 107 hektar ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib, çinarlıqlar hissələrlə başqa-başqa tikinti-sənaye komplekslərinə satılıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə fevralın 14-də Füzuli, Cəbrayil, Zəngilan və Laçın rayonlarında səfərdə olarkən Zəngilann Bəsitçay dövlət təbiət qoruğunda çinar ağacları əkməsi təsadüfi deyil.

Ermənstanın Azərbaycanın tarixi torpağı olan Qarabağı hədəfə alması 1988-ci ildə Şuşadakı Topxana meşəsində qiymətli ağaclar vəhşicəsinə qırılması ilə başladı. Xalq da öz növbəsində əzəmətli palıd, çinar meşəsinin qırılmasına etiraz əlaməti olaraq Bakıda Azadlıq Meydanında mitinq keçirdi. Beləliklə uzun illrdən sonra Real Televiziyası Topxana meşəsində olub. Mirşahinin "Azadlığın ad günü" sənədli filminin növbəti hissəsi 30 ilə yaxın ayağımızın dəymədiyi məşhur Topxana meşəsində gerçəkləşib. İlk dəfə olaraq qalib ölkənin qalib əsgərləri orada ağaç əkməklə təbiətə yeni nəfəs veriblər.

REAL

Nə düşünürsən?