Ermənistanda Rusiya əleyhinə mitinq başladı

  • 13.11.2020
  • 0

Ermənistanda günlərdir keçirilən kütləvi aksiyalar həm də bu millətin xislətini bir daha ortaya qoyur. Söhbət ondan gedir ki, sıravi ermənilər son günlər həm döyüş meydanında, həm də diplomatik arenada aldıqları ağır zərbələrə görə özlərindən çox başqa dövləti, konkret olaraq Rusiyanı günahkar bilirlər. Növbəti xəbərimizdə bu, daha aydın şəkildə görünür. Ermənistanda küçələrə axışanlar acı məğlubiyyətə görə Nikol Paşinyanı və Rusiyanın rəhərbliyini günahlandırırlar. Günlərdir aksiyanı davam etdirən qəzəbli kütlə Paşinyanın istefasını tələb edir və hərbi əməliyyatlarda iştirak etmədiyi üçün Rusiya rəhbərliyini tənqid edirlər. Onlar bildirirlər ki, Rusiya onları döyüş meydanında tək qoyub. Vətəndaşlar çıxışlarında Rusiyanın Ermənistan və Azərbaycanı eyni zamanda silahlandırdığı fikrini irəli sürərək, rəsmi Moskvanın hərbi birləşmələrini Qarabağa gətirərək döyüşməli olduğunu bildiriblər. Bu çıxış və tələbləri səsləndirən ermənilər sanki bir dövlətin vətəndaşı deyillər, hansısa qəbilənin üzvləridirlər. Çünki onlar öz dövlətlərindən və hökumətlərindən tələb etməli olduqları məsələni başqa bir dövlətdən və onun rəhbərliyindən umurlar. Halbuki Rusiya Prezidenti Vladimir Putin üçtərəfli bəyanatın imzalanmasının təşəbbüskarı olmaqla, əslində Ermənistanı Azərbaycan ordusunun əlindən xilas etdi. Bundan başqa, Rusiya rəhbərliyi bu addımı atmaqla bütövlükdə regionda qan axmasını dayandırdı və bölgədə uzunmüddətli sabitlik üçün şans yaratdı.

Nə düşünürsən?