Erməni generallar Müdafiə Nazirliyindən qaçdılar

  • 09.04.2021
  • 0

Ötən gecə Ermənistan Müdafiə Nazirliyində gərgin anlar yaşanıb.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, itkin düşən hərbçilərin yaxınları nazirliyə basqın edərək binanın bütün giriş-çıxışlarını bağlayıblar.

Bu səbəbdən nazirliyin işçiləri səhərə qədər binada təhlükə ilə üz-üzə qalıblar.

"Müdafiə Nazirliyində gecə saatlarında vəziyyət gərginləşib. Binanın içərisində qalan işçilər bunkerə eniblər, hasarları aşmağı bacaran bir-iki nəfər isə qaçıb. Hətta bir neçə general binadan çıxaraq hasarlardan atlamaqla canını qurtarıb. General Albert Mardoyan da qaçanlar arasında olub",- erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub.

Nə düşünürsən?