Elza küsülü olduğu Mətanətdən danışdı

  • 21.06.2021
  • 0

Əməkdar artist Elza Seyidcahan qalmaqal yaşadığı həmkarı Mətanət Əsədova barədə danışıb.
“ATV maqazin onlarla” verilişində qonaq olan bəstəkar küsülü olduğu həmkarının səsinin yaxşı olduğunu deyib:
“Azərbaycanın gözəl səsli müğənnisidir. Çoxlu mənfiləri var. Amma onları demərəm. Mən efirdə ona nəsə demişəmsə, tərifləmişəm. Tərifimi çeviriblər təhqirə deyiblər ki, bizə pis söz deyir. Halbuki, onları qaldırıb qoymuşam at yerində. İçimdən tərifləmişəm. O sözdən sonra atdan yuxarıda da otura bilərdi”.
Qeyd edək ki, M.Əsədova ilə E.Seyidcahan qalmaqalına görə prodüser Tolikin “Xəzər TV”-də aparıcılıq etdiyi “Hər şey daxil” verilişi bağlanmışdı.
Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?