Diplomatlar azad edilmiş ərazilərə səfər etdi

  • 06.02.2021
  • 0

H.Hacıyev: Bu dağıntılar Ermənistanın əsl mahiyyətini göstərir 30 ilə yaxın işğal altında qaldığı müddətdə Azərbaycan torpaqlarında törədilən dağıntılar Ermənistanın əsl mahiyyətini göstərir. Bunu Prezidentinin köməkçisi - Hikmət Hacıyev xarici diplomatların Xudafərin körpüsünə səfəri zamanı deyib. Ermənlərin törətdiyi vəhşiliklərin canlı şahidi olmaq üçün artıq xarici diplomatların Ağdam, Füzuli və digər azad edilmiş ərazilərə səfəri təşkil edilib. Bu səfərlər bundan sonra da davam edəcək. Prezident köməkçisi deyib ki, quruculuq çərçivəsində İranla dağıdılmış kommunikasiya xətlərinin bərpasına da baxıla bilər. Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən İran-Azərbaycan sərhədi “Dostluq sərhədi” adlandırılıb. Bu sərhədin tam nəzarətə götürülməsi qonşu ölkələr olan İran və Azərbaycan əlaqələrinə də öz töhfəsini verəcək.

Nə düşünürsən?