Diplomatlar Ağdama səfər etdi

  • 06.04.2021
  • 0

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər edib.

Səfər çərçivəsində Ağdam Cümə məscidində olan nümayəndə heyəti ermənilərin məsciddə və ətraf ərazidə törətdiyi vandallıqlarla tanış olub.

Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Ağdama səfərləri zamanı diplomatlar həmçinin şəhərin Mədəniyyət evi, İmarətdə olub, Şəhidlər xiyabanı ziyarət ediblər.

Nə düşünürsən?