Dayanacaqlarda ödəniş terminalları niyə yoxdur?

  • 30.04.2021
  • 0

Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsindəki bəzi dayanacaqlardan ödəmə aparatları çıxarılıb. Bu isə həmin ərazidə yaşayan insanları əlavə çətinliyi salıb. Avtobusa minmək istəyənlər kartlarına pul yükləyə bilmirlər. Nəticədə bir kilometrdən artıq piyada yol getməli olurlar. Bəs bu aparatların dayanacaqlardan götürülməsinə səbəb nə olub?

Axar.az Xəzər Xəbər.az-a istinadən bildirir ki, küçədəki dayanacaqların cəmi ikisində aparat var. Digər dayanacaqlardan isə ödəmə terminalları çıxarılıb.

Bu küçədəki dayanacaqlardan yığışdırılan aparatlar ''Milli Ön''ə məxsus olub. Həmin şirkətdən bildirildi ki, o küçədəki bəzi dayanacaqlarda olan aparatlara insanlar tərəfindən müdaxilələr edilib və yararsız hala salınıb. Bu səbəbdən də həmin aparatlar oradan çıxarılıb. Şirkət müdaxilə olunan dayanacaqlara növbəti dəfə aparat quraşdırmır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən qeyd edildi ki, qurum bu kimi problemləri kökündən həll etmək üçün ''Bakıkart''lara onlayn ödəmə funksiyasının üzərində çalışır. Yaxın gələcəkdə bu funksiya işə salınacaq və sərnişinlərin bu kimi problemləri kökündən həll ediləcək.

Nə düşünürsən?