"Bunların yaşadıqları evlər it damından artıq deyil”

  • 14.02.2021
  • 4.5K baxış
  • 0

"Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni burdan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Belə şəraitdə yaşayıblar, baxın, görün. Bunların yaşadıqları evlər it damından artıq deyil”.

 
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunda səfərdə olarkən deyib.
 
"Mən o vaxt deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə yollardan istifadə edirdilər.
 
Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra çəkdik”, - deyə dövlət başçısı bildirib.
 
Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Nə düşünürsən?