Bu kişinin dediyini edənlər yüz ildən çox yaşayacaq

  • 26.11.2020
  • 0

Bir Insan Nə Qədər Uzun Yaşaya Bilər? Bu sualın cavabını tapmaq üçün,sizi 256 il ömür sürmüş Li Ching Yuenlə tanış edəcəm! Bu bir əfsanə və ya da nağıl deyil, həqiqi həyat hekayəsidir. 1930-cu ildə New York Times qəzeti kəşf etdiyi Çin İmperiyasına aid qeydləri dərc etdi. Bu qeydlərdə Chenqdu Universitetinin professoru Wu Chung-Chienin, Li Ching-Yueni 1827-ci ildə 150 yaşına keçməsi münasibəti ilə təbrik etdiyi yazılmış idi. Daha sonra tapılan sənədlər isə bu insanin 1877-ci ildə 200 yaşının təbrik edildiyini göstərirdi. 1928-ci ildə New York Timesın muxbiri, Linin qonşusu olan qoca kişilərlə görüşdü. Bu qocaların çoxu Linin onların babalarının dostu olduğunu söylədilər. Li Ching-Yuen 10 yaşında “bitki elmi” karyerasına başlayıb, daha sonralar isə dağ ətəklərində bitki toplayaraq onların ömür uzatma xüsusiyyətlərini öyrənibdir. Hardasa 40 ilə yaxın Reishi göbələyi, qodji, qinseng, he şou vu və düyü şərabı kimi bitkilərlə qidanlanıbdır. 1749-cu ildə 71 yaşında, döyüş sənətləri müəllimi olaraq Çin ordusuna qoşulubdur. Linin 23 dəfə evləndiyi, 200-dən çox uşağın atası olduğu və çox sevilən bir insan olduğu barədə fikirlər səslənməkdədir. Yaşadığı ərazidə deyilənlərə görə, Li körpə vaxtlarından oxumağı və yazmağı bacarırdı. O, uşaq yaşlarından Kansu, Şansi, Tibet, Annam, Siam və Mançuryada otlar toplayıb, sonra isə yaşadığı birinci yüzillikdə bu peşəni davam etdirdi. Daha sonra başqaları tərəfindən toplanılan otları satmağa başladı. O TƏK DEYİLDİ Linin tələbələrindən birinin dediklərinə görə, o bir zamanlar özündəndə yaşlı 500 yaşında bir qocaya rast gəldi və ondan Çiqong məşqləri və qidalanma tövsiyələri aldı. Ölüm ayağında Li “Bu dünyada etməli olduğum her şeyi etdim” dedi. Çiqong məşqləri edən və bitki mənşəli zəngin pəhriz saxlayan uzun yaşam ustadı bu adamdan, bizim öyrənə biləcəyimiz daha nələr var? Sükut və dinc fikirlər, uzun və müdrik bir həyatın ən böyük sirlərindən biri ola bilərmi? Çox maraqlı haldır ki, dövrümüzdə yaşlanma qarşısını almaq üçün, yüksək texnologiyalı cihazlardan və ən müasir dərman vasitələrindən istifadə olunur. UZUN ÖMRÜN VƏ SAĞLAMLIĞIN SİRRİ: Lidən sirri soruşulduqda o, belə bir cavab vermişdir: "Qəlbinizi sakit saxlayın, bir tısbağa kimi oturun, bir göyərçin kimi yeriyin və bir it kimi yatın". O, tənəffüs üsulları ilə sükunət və sakitliyə qovuşmanın sirlərini söylədi. Əlbətdə, onun uzun və sağlam həyatında pəhrizin rolu böyükdür. Ancaq Li ömrün uzunluğunu ruhun və zehnin vəziyyəti ilə də əlaqələndirirdi. NƏYƏ GÖRƏ BİR İNSANIN 100 İLDƏN ÇOX YAŞAMAĞINA İNANMAQ ÇƏTİNDİR? İnsanların, ömürünün uzunluğu indiki dövrdə 70-85 yaş arasındadır və 100 yaşdan yuxarı yaşayan insanın varlığına inanmaq çətin görünür, qaldıki 200 yaş yaşayan insanın varlığına inanasan. Bəs biz nəyə görə insanların bu qədər uzun yaşaya biləcəklərinə inanmırıq? Bu dünyadaki bəzı insanlar yorucu həyat tərzi və rejimlərlə yaşamırlar, borc stressi çəkmirlər, çirkli şəhər havası udmurlar, müntəzəm olaraq idmanla məşğul olurlar. Şəkər, un, yağlı ət, şirniyyatlar və dərmanlanmış, genetikası dəyişdirilmiş qidaları yemirlər. Antibiotiklərdən və ya spirt, tütün kimi məmulatlardan istifadə etmirlər. Onların pəhrizlərində lazımsız yeməklər yoxdur, immunitet sistemi və orqanları üçün xeyirli, gücləndirici qidalar və otlar vardır. Onlar asudə vaxtlarını təbiətdə zehni, fiziki və emosional sağlamlıqlarını yaxşılaşdırmaq üçün, istifadə olunan nəfəs alma texnikası və meditasiya ilə keçirirlər. Həyatlarında baş verən hər bir prosesi sadələşdirərək, beyinlərini və urəklərini sakit saxlayırlar. Gecə yuxusuna çox önəm verirlər və günəş altında çox vaxt keçirtməyə çalışırlar. Onlar günəşin altında istirahət etmənin insanı cavanlaşdırdığını düşünürlər və bu zamanı "tətil" adlandırırlar. Təsəvvür edin bir ömür dağlarda sakit baş və ürəklə sükunət içərisində təmiz hava, su, günəş və təbii bitkilərlə qidalanırsız. Şüphə etmirəmki, bədənimiz üçün doğru olmayan, etməməli olduğumuzu düşündüyümüz şeyleri etməsək, 100 il yaşamaq bizi təcübləndirməyəcək. Bədənimizlə doğru rəftar etdiyimiz halda, kim bilir nə qədər ömür sürərik?

Nə düşünürsən?