Bakıda tarixi məhkəmə keçiriləcək

  • 09.06.2021
  • 0

İnsanlıq əleyhinə cinayətlərdə və müharibə cinayətləri törətməkdə ittiham olunan 2 nəfər Ermənistan vətəndaşının - Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın növbəti məhkəmə prosesi keçirilib. Yasamal Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb və bildiriblər ki, onlar şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında otursunlar. Vəsatət təmin edildikdən sonra dövlət ittihamçısı ittiham aktı ilə çıxış edib.

İttiham aktına görə, digər təqsirləndirilən şəxs - Alyoşa Xosrovyan da qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq analoji hadisələr törədib. 1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq, Füzulinin Aşağı Seyidəhmədli kəndlərində əsir düşən əsgər Kamil Babayev və Zahid Həsənova dəmir və ağac parçaları ilə xəsarətlər yetirib.

Daha sonra zərərçəkənlər məhkəmədə ifadə verib. Onlar təqsirləndirilən şəxsləri yaxından tanıdıqlarının birinin ləqəbəini Loşa, digərinin isə Loxa olduğunu bildirdilər.

Prokuror ibtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib.

Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.

Qeyd edək ki, 1969-cu ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olan Ermənistan vətəmdaşı Mkrtiçyan Lüdvik və 1967-ci il təvəllüdlü Ermənistanın Qafan şəhərində anadan olan Xosraovyan Alyoşan 1993-1994-cü illərdə 1-ci Qarabağ müharibəsində döyüşərkən əsir düşüb. Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan Azərbaycan vətəndaşlarına işgəncə verib. 1991-ci ilin iyulunda Xocalı yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülən Azərbaycan vətəndaşına, həmçinin 1999-cu il sentyabrın 13-də Goranboyun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək İrəvana gətirilən mülki şəxsə işgəncə verib. Onun daha 11 nəfər əsir götürülən Azərbaycan vətəndaşını Xocavənd və Ağdərə ərazisində, Şuşa həbsxanasında və İrəvanda müxtəlif xarakterli işgəncələrə məruz qoymaqla yanaşı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüb.

Növbəti məhkəmə prosesi iyunun 9-na təyin olunub.

Nə düşünürsən?