Bakıda komendant postunda şok anlar

  • 19.11.2020
  • 0

Abşeron rayonunda komendant postundan külli miqdarda heroin keçirmək istəyən şəxs saxlanılıb. DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, axşam saatlarında Xırdalan şəhərində qurulan komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Çantadan 1 kiloqram 200 qram heroin və 35 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nə düşünürsən?