AzTV-nin müxbiri erməni keşişlə dalaşdı

  • 04.12.2020
  • 29.2K baxış
  • 0

Bu gün Alban-udin xristian icmasının nümayəndələri Kəlbəcərə səfər ediblər. Sfera.az xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət edib. Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udin xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb. Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər. (Report)

Nə düşünürsən?