Azərbaycanda növbəti bahalaşma!

  • 09.04.2021
  • 0

“Əsas ərzaq məhsullarının qiymətləri sürətlə bahalışır, bundan gileylənən yalnız yaşam şərtləri pisləşən istehlakçılar deyil, həmçinin pərakəndə satışla məşğul olan ticarətçilərdir”.

Azerforum.com-un xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, birincilər ailə xərclərinin artımından, ikincilər də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə  görə satışlarının azalmasından narazıdırlar: “Məsələn, son günlər "Azərsun" bitki yağlarının qiymətlərini belə artırıb. Əvvəlki qiyməti 3,20 manat olan  1litr "Evim" günəbaxan yağı hazırda   3,58 manata,  3,16 manat 1 litr "Final" günəbaxan yağı 1hazırda  3,51manata, əvvəlki qiyməti 4,02 manat olan 1 litr  "Möcüzə" günəbaxan yağı 4,47 manata satılır. Hər 3 məhsulda son bahalaşma səviyyəsi 11 faizdir. Bu qiymətlər son deyil,  "Azərsun"un qiymətləridir, onun üzərinə mağazalar da əlavələrini edirlər”.Pravda.az

Nə düşünürsən?