Azərbaycanda faydalı suyun həcmi artdı

  • 24.06.2021
  • 0

“Qlobal iqlim şəraiti pisləşir, orta temperatur artır və su qıtlığı hər yerdə hiss olunur. Azərbaycan da su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır. Ancaq ötən il Prezident İlham Əliyevin təsdiq etdiyi planın icrası sayəsində bu istiqamətdə müsbət nəticələr əldə edilib."

Bunu Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Bununla elə, Baş nazirin müavini vurğulayıb ki, davamlı su təminatı üçün tədbirlər planı tam icra olunmalıdır: 

Qeyd edək ki, iyunun 23-də Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.Səfər çərçivəsində eyni zamanda Komissiyanın növbəti iclası keçirilib.İclasda işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

REAL

Nə düşünürsən?