Azərbaycan və Türkiyə tankçıları hədəfi dəqiqliklə vurdu

  • 10.02.2021
  • 0

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimlərin sabah keçiriləcək mərhələsində jurnalistlər də iştirak edəcək. KİV nümayəndələri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Ankaradan Qarsa gətirilib”, - məlumatda bildirilib. *** “Qış təlimi-2021” təlimində iştirak edən Azərbaycan və Türkiyə hərbçiləri həm tank, həm də toplarla hədəfi dəqiqliklə vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nə düşünürsən?