Azad edilmiş torpaqlarda məhsul biçini

  • 24.06.2021
  • 0

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün keçirilən hərbi əməliyyatlar dövrü payızlıq əkin dövrü ilə üst-üstə düşdüyünə görə keçmiş təmas xətti boyunca yerləşən rayonlarda əkin prosesi ləngiyib. Əməliyyatlar başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin operativ müdaxiləsi nəticəsində təmas xəttinə yaxın ərazilərdə, o cümlədən Tərtər rayonunda payızlıq əkinin həyata keçirilməsi təmin edilib.

Əkinin obyektiv səbəblərdən gecikməsi məhsuldarlıq üçün müəyyən risklər yaratsa da, aqrotexniki qulluq tədbirlərinin vaxtında aparılması məhsuldarlıqla bağlı riskləri aradan qaldırıb.

İyunun 24-nə olan operativ məlumata görə, artıq 5 78 250 hektar sahədə taxıl biçini başa çatıb. Sahələrdən 18 32 176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir.

Bugünədək 321086 ha sahədə arpa, 257164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993115 ton arpa, 839061 ton buğda yığılıb.

Biçin prosesində 1720 kombayn iştirak edir.

 

Nə düşünürsən?