Azad edilən ərazilərdə hərbi xidmətin təşkili

  • 11.06.2021
  • 0

İşğaldan azad edilmiş ərazilərdə yaradılan modul tipli hərbi hissələrdə hərbi bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin tabeliyində olan şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş müasir tipli hərbi hissələr yaradılıb.

Ən qısa vaxtda modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərimizdə də yeni hərbi hissələrin yaradılması mərhələli şəkildə davam etdirilir.

Nə düşünürsən?