ABŞ nümayəndə heyəti Ağdamda

  • 22.05.2021
  • 0

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdi.

Əvvəlcə Ağdam şəhər cümə məscidinə gələn nümayəndə heyəti ermənilərin törətdikləri barbarlıqlarla tanış oldular. Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verildi. Nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıb, sonra Ağdam şəhərindəki İmarət qəbiristanlığı ilədə tanış oldular.

“Bura gəlişimiz çox maraqlı oldu. Ağdamın yenidən tikilməsi, rekonstruksiyası və bütün proseslərin başa çatmasını böyük səbirsizliklə gözləyirəm. Bura gəlməzdən əvvəl dağıntılar haqqında məlumatım var idi. Lakin bura gəldikdən sonra dağıntının miqyasının geniş olduğunu gördüm. Bu, adamı daha da heyrətləndirir, buna baxmayaraq, ümidlər var. Bir neçə gün əvvəl təsadüfən Nizami Gəncəvi Mərkəzində Prezident İlham Əliyevlə bir yerdə olduq və onunla danışığımda ABŞ Azərbaycanla Ermənistan arasında necə sülh yarada bilər və onu necə inkişaf etdirmək haqqında bir neçə sual verdim. Bu, bir az vaxt alacaq. Bu iş səbir tələb edir, lakin istəyirik ki, Azərbaycan və Ermənistan xalqları arasında onların layiq olduğu sülh yaransın və qalsın”, - deyə “Xəzər Siyasət Mərkəzi”nin nümayəndəsi Robert Sekuta bildirib.

“Xəzər Siyasət Mərkəzi”nin nümayəndələri Ağdama səfər çərçivəsində Şahbulaq qalasında da oldular. Səfər iştirakçılarına qalanın tarixi barədə məlumat verildi.

REAL

Nə düşünürsən?