6 iyun: Operativ Qərargah daha bir məlumat yaydı

  • 06.06.2021
  • 0

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

Nə düşünürsən?