4 oğlunu cəbhəyə yola salan ata

  • 06.11.2020
  • 723 baxış
  • 0

Cəlilabad rayon Kövzubulaq kəndində yaşayan İlqar Nadirov 4 oğlunu cəbhəyə yola salıb. BiG.AZ xəbər verir ki, bu haqda İ.Nadirov AzTV-yə müsahibəsində danışıb. O cəbhədə döyüşən oğullarından ikisinin hərbçi, iksinin isə könüllü olaraq müharibəyə getdiyini bildirib. "Oğlu vətən üçün böyüdüb boya-başa çatdırırıq. Vətən sağ olsun. Təki vətənimiz yağı düşmən tapdağından azad edilsin. Övladlarım uşaq vaxtından hərbiyə böyük maraq göstərib. Ona görə də ikisi hərbçidir". Əsgərlərin anası Rehyan Nadirova bildirib ki, müharibə başlayan kimi övladlarının ikisi də könüllü olaraq cəbhəyə yollanıb. Qardaşların adları Kənan, Faiq, Zəka və Novruzdur. Kənan və Zəka əkizdirlər. Gənclərin cəmi 20 yaşı var. Ən böyük qardaşları 24 yaşlı Faiqdir. Novruz isə 22 yaşındadır. Hərbçi olan Novruz döyüşlərdə yaralanıb. O hazırda sağalmasını gözləyir. Bildirib ki, sağalan kimi yenidən cəbhəyə yollanacaq. "Biz döyüşdə olan zaman bir şüarımız var idi: "Allahın rızası, kişilərin puası, qadınların duası ilə Qarabağı qaytaracağıq" Hazırda özüm orada olmasam da onlara ruh yüksəkliyi arzu edirəm. İnşallah, tezliklə sağalıb cəbhəyə qayıdacam. Ordumuzun zəfər çalacağı gün heç də uzaqda deyil" deyə, Novruz söyləyib. Qardaşların bir bacısı da var. Bacılarının həyat yoldaşı 26 yaşlı Əfrail Əzizəliyev də ön cəbhədə döyüşür. /Axşam.az

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?