Koronavirusdan qorxmayan Lukaşenko iti ilə birlikdə ağac əkdi

  • 25.04.2020
  • 0

Dünya ölkələrinin koronavirusla mübarizə apardığı dövürdə, Belarus prezidenti Aleksandır Lukaşenko nazirlərlə birgə geniş miqyaslı iməclik aksiyası keçirib. Unikal.org xəbər verir ki, Belarusiyada hər həftənin şənbə günləri dövlət orqanları, yerli hakimiyyət orqanları, digər təşkilatların əməkdaşlarının iştirakı ilə qəsəbələrin ərazilərini abadlaşdırır, uşaqların sağlamlıq və idman və istirahət düşərgələrini yay mövsümünə hazırlayırlar. Bunun üçün parklar təmizlənir, ağaclar əkirlər. Bu günki iməclikdə ölkənin prezidenti ilə yanaşı, dövlət orqanlarının rəhbərləri də iştirak ediblər. Belə ki, Belarus prezidenti bu gün Çernobıl qəzasından zərər çəkmiş Pripyatsky Milli Parkında nazirlərlə birgə 8 minə yaxın şam fidanı əkib. Lukaşenko iti ilə birgə ağacəkmə iməcliyində iştirak edib.

Nə düşünürsən?