Koronavirusla bağlı son rəqəmlər

  • 13.04.2020
  • 0

Dünyada koronavirusa yoluxanların sayı 1 853 464 nəfərə çatıb. 

Yenisabah.az bu barədə "Worldometers"ə istinadən bildirir ki, pandemiyadan ölənlər 114 254, sağalanlar isə 423 721 nəfər təşkil edir.

Bu virusa yoluxmuş xəstələrdən 50 859 nəfərin vəziyyəti ağırdır. 

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma halı ABŞ-da müşahidə olunur. Bu ölkədə yoluxma sayı yarım milyonu keçərək 560 433 nəfərə çatıb. Ölkədə 22 115 nəfər isə bu virusun qurbanı olub.

Nə düşünürsən?