"Anam qoymur övladlarımı görüm" - Lalə Azərtaş

  • 10.04.2020
  • 0

"Anam məni evinə buraxmır. Övladlarımla da görüşməyə qoymur".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş deyib. O bildirib ki, qızlarına anası baxır:

"Anam deyir ki, işləyirsən və sən real təhlükə mənbəyisən. Karantin rejimidir deyə, məni evlərinə qoymur. Bir daha aydın oldu, anam nəvələrini məndən çox istəyir. Deyir ki, sən hər gün işləyirsən, olmaz. Düz edir, çünki hamımızı qoruyur".

Qeyd edək ki, Lalənin iki qız övladı var.

Nə düşünürsən?