Qubada karantin rejimini pozan kafe sahibi tutuldu

  • 04.04.2020
  • 0

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. 

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Nə düşünürsən?