Yevlaxda polis postları quruldu, sürücü və vətəndaşlar yoxlanır

  • 28.03.2020
  • 0

Yevlaxda ötən bir gün ərzində yollarda hərəkətlilik xeyli azalıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Yevlax rayonu ərazisində koronavirus təhlükəsi ilə bağlı tətbiq olunan hərəkət məhdudiyyəti nəzərəçarpacaq dərəcədə səmərə verməyə başlayıb. 

Ötən gündən etibarən yollarda qurulan 12 müvəqqəti nəzarət  məntəqəsindən karantin şərtlərinə görə, nəzərdə tutulmayan avtomobillərin və piyadaların keçidi xeyli azalıb. Yevlax  şəhər Polis Şöbəsi əməkdaşlarının sürücü və vətəndaşlarla apardığı xəbərdaredici söhbətlər müsbət nəticələr verir. Bu gün qayda pozucularına demək olar rast gəlinməyib. Yalnız xüsusi əhəmiyyətli avtomobillərin hərəkəti diqqəti cəlb edib.

Qeyd edək ki Yevlaxda küçə və parkların dezinfeksiya olunması tədbirləri də aparılır. 

Nə düşünürsən?