26 marta olan hava ilə bağlı xəbərdarlıq

  • 26.03.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 6-8, gündüz 12-16, Bakıda  gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz  16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Nə düşünürsən?