Bakıda polis əhaliyə belə çağırış etdi

  • 26.03.2020
  • 0

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.


Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, polis xüsusi karantin rejimi ilə bağlı insanlara küçədə səsgücləndirici vasitəsilə müraciət edib.


Əhalidən kütləvi yerlərdən uzaqlaşmaq, 2 metr ara məsafəsi saxlamaq, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələri xahiş edilib.

Nə düşünürsən?