Bakıda dəhşətli anlar:Küçədə öldü

  • 25.03.2020
  • 0

Sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxsin küçədə öldüyünə dair videogörüntülər yayılıb.

Oxu24.com  xəbər verir ki, videodan hadisənin paytaxtın Biləcəri dairəsi adlanan hissəsində baş verdiyi məlum olur. 

Daxili İşlər Nazirliyi (DİN) yayılan görüntülərə aydınlıq gətirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün baş verib. Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəflətən pisləşib. Yaxınlıqda olan insanların vəziyyətə müdaxilə etməsinə baxmayaraq, şəxs vəfat edib.

Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub. Onun ölümünə də bu xəstəliklərin səbəb olduğu bildirilib.

Nə düşünürsən?