Ronaldonun karantindən görüntüsü yayıldı

  • 16.03.2020
  • 0

Koronavirus epidemiyasının İtaliyada yayılmasından sonra Portuqaliyada özünü karantinə alan Kriştianu Ronaldonun yeni fotoları yayılıb.


Offsideplus.az xəbər verir ki, Ronaldo azarkeşsiz keçirilən "Yuventus" - "İnter" matçından sonra infarkt keçirən anasını ziyarət etmək üçün Portuqaliyaya yollanıb. Daha sonra "Juventus"dakı komanda yoldaşı Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra İtaliyaya qayıtmaqdan imtina edərək, ailəsi ilə birgə adada yaşamağa başlayıb.

Doğulduğu Madeyrada okean mənzərəli, dünya ilə az təması olan evdə yaşayan futbolçunun fotoları yayılmağa başlayıb.

Daha əvvəl bacısı ilə fotosu çəkilən Ronaldo bu dəfə pəncərədən onu çəkən kameralara baxarkən görüntülənib.

Qeyd edək ki, Ronaldo koronavirusla bağlı insanlara müraciət etmişdi. Ulduz futbolçunun Portuqaliyada yerləşən otellərini koronavirusla mübarizədə xəstəxana kimi işlətməyə qərar verdiyi barədə də məlumatlar yayılıb

Nə düşünürsən?