Topu son anda darvazadan belə çıxartdı

  • 16.03.2020
  • 0

Avstraliyanın "Melbourne City" futbol klubunun müdafiəçisi Körtis Hud milli çempionat matçında son anda "Western Sydney Wanderers" in hücumçusu Saymon Koksa qol vurmağa mane olub.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, həmin görüntülər klubun "Twitter" hesabında dərc olunub.

Belə ki, oyunun 69-cu dəqiqəsində Koks topu qapıçının ayaqları arasından keçirdikdən sonra darvaza xəttində "Melbourne" nun müdafiəçisi qolun qarşısını alıb. Nəticədə görüş 1: 1 hesabı ilə başa çatıb.

Nə düşünürsən?