Qaxda ağır yol qəzaları - 2 nəfər ölüb

  • 15.03.2020
  • 0

Qaxda yük maşınının piyadanı vurması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Amiran Papiaşvili idarə etdiyi yük maşını ilə Qax istiqamətində hərəkətdə olarkən Əmbərçay kənd sakini, 67 yaşlı Fikrət Əhmədovu vurub. Piyada Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qaxda baş verən digər yol qəzasında piyada dünyasını dəyişib. Səhər saatlarında Heydər Əliyev prospektində minik avtomobili yolu keçmək istəyən rayon sakini, 57 yaşlı Arif Abdullayevi vurub. Ağır xəsarətlər alan piyada Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, Arif Abdullayevi vuran avtomobil daha sonra yol kənarında dayanmış digər nəqliyyat vasitəsinə də çırpılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.