Qırmızı işıqda keçmək, yolu bağlamaq - Sürücülərimizin rahatlığı

  • 14.03.2020
  • 2

Paytaxt yollarında heç də bizə yad olmayan hallar var: sürücülərimizin “rahatlıqla” kobud qayda pozuntularına yol vermələri. “Rahatlıqla” deyirik çünki, heç kimi önəmsəmədən yolun ortasında dayanaraq öz işləri ilə məşğul olur, qırmızı işıqdan keçir, sağa-sola baxmadan zolaq dəyişirlər.

YPX.AZ-ın təqdim etdiyi materiallardan birində “NİVA” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektindən Qara Qarayev küçəsinə keçərkən yol ötürücünün sonundakı svetoforun altında avtomobili yolun sol kənar zolağının ortasında saxlayır, avtomobildən enərək adam qarşılayır daha sonr avtomobilinə əyləşərək svetoforun qırmızı işığında hərəkətinə davam edir. Digərində isə Nəriman Nərimanov prospekti ilə hərəkət edən “NİSSAN” markalı avtomobilin sürücü svetoforun qırmızı işığının sönməsinə bir neçə saniyyə qalmış hərəkətə başlayır.

Bu görüntülər digər hərəkət iştirakçıları tərəfindən video qeydə alınıb. Sürücülərin belə rahatlıqla qayda pozmaları isə heç bir formada anlaşılan deyil.

Qeyd edək ki, görüntülərdən “NİVA” markalı avtomobilin dövlət qeydiyyat nişanını təyin etmək olmasa da, “NİSSAN” markalı avtomobilin dövlət qeydiyyat nişanının 90 VM 560 olduğu görünür.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?