Əliyevi kinoda canlandıran Reznik: Çox oxşayıram...

  • 14.03.2020
  • 1

Azərbaycanın dünyaca məşhur müğənnisi Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən və hazırda Rusiyanın “Birinci” kanalında yayımlanan “Maqomayev” teleserialının dördüncü bölümü maraqlı anlarla yadda qalıb.

Kult.az xəbər verir ki, filmin səhnələrinin birində gənc Müslümün Bakıdakı ilk böyük konserti barədə danışılır. Ən maraqlı məqam isə Maqomayevin konsertdən sonra Heydər Əliyevlə söhbəti olub.

Qeyd edək ki, rejissorlar son ana qədər Heydər Əliyevin obrazını canlandıran aktyorun adını sirr olaraq saxlaya biliblər.

Sonradan bəlli olub ki, bu rol Heydər Əliyevə vizual oxşarlığı olan məşhur şair və bəstəkar İlya Reznikə həvalə olunub.

“Mən bu rolu oynamağımla qürur duyuram. Bu rolumla Heydər Əliyevə öz minnətdarlığımı bildirirəm. Hamı bilir ki, məhz Heydər Əliyevin sayəsində ilk kitabım işıq üzü görüb. Rola gəldikdə isə bu, sırf bizim xarici görünüşümüzdə olan oxşarlıqla bağlıdır. Və əlbəttə ki, mənim o dahi insanı hiss etməyim... Axı biz bir-birimizi tanıyırdıq. Dəfələrlə söhbət etmişdik. Heydər Əliyev əsl qəhrəman idi. O, yüksək insani dəyərlərə və əsl kişiyə xas xüsusiyyətlərə malik idi. O, Müslümə atalıq qayğısı göstərib. Mənim ssenari üzrə işim bu idi: Maqomayevlə oğul kimi rəftar etmək...” - deyə bəstəkar “Moskva-Baku”ya müsahibəsində qeyd edib.

Nə düşünürsən?