Ərdoğandan Qarabağ açıqlaması: Ermənistana mesaj verdi - Minsk qrupunu tənqid etdi

  • 26.02.2020
  • 0

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər bizim də məsələmizdir”.

Anadolu agentliyi xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və torpaq bütünlüyü çərçivəsində həll edilməlidir.

Ərdoğan problemin həllinin uzanmasına görə ATƏT-in Minsk qrupunu tənqid edib.

Nə düşünürsən?