"Porto"nun futbolçusu möhtəşəm qolla komandasına qələbə qazandırdı

  • 24.02.2020
  • 0

Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilir.


Offsideplus.az xəbər verir ki, lider "Portu" bu turda səfərdə "Portimonenşe"nin qonağı olub. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Aleks Tellesin 87-ci dəqiqədə vurduğu möhtəşəm zərbə "Portu"ya növbəti 3 xalı qazandırıb.

Qeyd edək ki, "Porto" hazırda 56 xalla birincidir. 1 oyun az keçirən "Benfika"nın 54 xalı var.

Qolun videosunu təqdim edirik:

Nə düşünürsən?