Almaniyada atışma törədən şəxs evində ölü tapıldı

  • 20.02.2020
  • 0

Almaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Bild” xəbər verib.

Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.

“Hessenschau” nəşri xəbər verir ki, naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.

Hücum edən şəxslər hələ tapılmayıb.

Nə düşünürsən?