Koronavirus Azərbaycan sərhədində!

  • 19.02.2020
  • 307 baxış
  • 0

İranın Qum şəhərində iki nəfər koronavirusa yoluxan şəxs aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Keyanuş Cahanpur məlumat verib. O qeyd edib ki, Səhiyyə Nazirliyi Qum şəhərinə xüsusi həkim briqadası göndərib. Virusa yoluxanlar karantinə alınıb və lazımi müalicə proseduruna başlanılıb.

Mətbuat katibi Qum şəhərinin əhalisinə müraciət edərək onları diqqətli olmağa və gigiyena qaydalarına əməl etməyə çağırıb.

Nə düşünürsən?