Bakıda hündürmərtəbəli binada yanğın

  • 18.02.2020
  • 0

Bakıda çoxmərtəbəli binada yanğın olub.


APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Nazirlikdən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. 


Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 


Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa zamanda söndürülüb. 


Yanğın nəticəsində ümumi sahəsi 130 kvadratmetr olan 3 otaqlı mənzilin 20 kvadratmetr sahəsi olan mətbəxi yanıb. 


Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Nə düşünürsən?